



|
Qaydalar Müsabiqənin simvolları Xəbərlər Mətbuat səhifələrində ------------------------------------- |
{ XƏBƏRLƏR } 16.05.2008. "Nəsimi" Müsabiqəsində finalçıların adları məlum oldu Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən yüksək bal 31, “Hekayə” nominasiyasında isə 30 olub (maksimal bal- 50). Müsabiqədə ən az balı “Şeir” nominasiyasının iştirakçılarından biri alıb. Münsiflər ona ümumilikdə 2 səs verib. Ümumiyyətlə, müsabiqəyə 39 nəfər 120-dən artıq əsərini təqdim edib. İştirakçılardan ikisinin namizədliyi qəbul olunmayıb. Münsiflərin qərarı ilə finala çıxan 10 yazarın adını Sizə təqdim edirik (sıralama şərtidir): Mirmehdi Ağaoğlu (hekayə) Dalğa Xatınoğlu (şeir) İbrahim Sel (hekayə) Cavidan (şeir) Jalə İsmayıl (hekayə) İltifat Köçəri (şeir) Sevinc Çılğın (hekayə) Rəbiqə Nazimqızı (şeir) Ülviyyə Heydərova (hekayə) Elmin Həsənli (şeir) “Nəsimi” mükafatının təqdimat mərasimi may ayının son günlərində Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Həmin gün finalçılar arasından 6 nəfərə diplom və müsabiqənin simvolu (Birinci yeri tutan iki nəfərə) təqdim olunacaq. Təqdimat mərasiminin keçiriləcəyi vaxt barədə məlumat bir neçə gündən sonra portalımızda dərc olunacaq. Bütün finalçıları təbrik edirik! |