Nəsimi mükafatı
Qaydalar
Müsabiqənin simvolları
Fotoqallereya

"NƏSİMİ" 2008

-------------------------------------

Müsabiqənin bloqu

www.musabiqe.kultaz.com
{ NƏSİMİ-2008 }

    
    May ayının 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Kultaz.com” Mədəniyyət portalı və “Lit.az” Ədəbiyyat portalının birgə təşkilatçılığı ilə “Nəsimi-2008” milli ədəbiyyat mükafatının təqdimat mərasimi keçirildi.
    Tədbiri giriş sözü ilə açan Lit.az portalının rəhbəri Cavid Cəfərzadə qonaqları salamladı və münsiflər heyətinin qərarı ilə finala çıxmış 10 yazarı təbrik etdi. “Bizim əsas məqsədimiz obyektiv qiymətləndirməyə əsaslanan müsabiqə təşkil etmək və gənc istedadları müəyyənləşdirmək idi. 10 nəfər finala çıxsa da onlardan yalnız 6-sı bu gün müsabiqənin simvolu və diplomlarilə mükafatlandırılacaq. Digər 4 nəfərə də məyus olmamağı arzulayırıq. çünki onların finalçı olması artıq qələbə hesab oluna bilər” deyən C.Cəfərzadə bütün finalçıların əsərlərini kitab halında çap edəcəklərini də nəzərə çatdırdı.
    Sonra çıxış edən Kultaz.com portalının rəhbəri Zahir Əzəmət müsabiqə haqqında ətraflı məlumat verdi: “Müsabiqə boyu qiymətləndirmə aparan münsiflər heyəti hansı əsərin kimə aid olduğundan xəbərsiz idi. Biz axıradək bu prinsipə sadiq qaldıq. ümidvaram ki -qalibləri çıxmaq şərtilə- müsabiqəyə qatılmış 40-a yaxın yazar gələn illərdə də öz gücünü sınayacaq. Biz tam arxayınlıqla deyə bilərik ki, cəmiyyətə yeni istedadları tanıtdıq. Müsabiqənin finalına çıxmış bir çox gənclər ədəbiyyatda ilk uğurlu addımlarını atır. ümidavaram ki, onlar haqqında hələ çox danışılacaq”.
     Daha sonra ilk “Nəsimi” milli ədəbiyyat müsabiqəsinin münsiflər heyəti barədə məlumat verildi. Onların adlarını diqqətinizə çatdırırıq.

Teymur Kərimli -Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru
Səfər Alışarlı- “Bakı Yazarlar Təşkilatı”nın sədri, “MQF Xəbər” qəzetinin baş redaktoru, yazıçı
Rasim Qaraca- “Alatoran” ədəbiyyat dərgisinin baş redaktoru, AYO-nun sədri, şair
Salam Sarvan- Bakı Slavlyan Universitetinin müəllimi, şair
Əsəd Cahagir-"Körpü" jurnalının baş redaktoru, tənqidçi

Sonra söz Əsəd Cahangirə verildi. O da, öz növbəsində finalçıları təbrik etdi və müsabiqəyə təqdim olunan əsərlər barədə danışdı. Bildirildi ki, bəzi istisnalar olmaqla münsiflərin qərarı eynilik təşkil edir və finala çıxmış yazarlara verilən qiymətlər onların əsərlərinə müvafiqdir. Daha sonra qaliblərin adlarını açıqlamaq üçün, filologiya elmləri doktoru, “Tənqid.net” jurnalının baş redaktoru, tənqidçi Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, tənqidçi Cavanşir Yusifli, yazıçı, telemütəxəssis Məqsəd Nur eləcə də münsiflər dəvət olundu. Beləliklə “Nəsimi” milli ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlandı.

“Hekayə” nominasiyasında

I yer- Ülviyyə Heydərova (30 xal)
II yer- Sevinc Çılğın (28,5 xal)
III yer- Jalə İsmayıl (28 xal)


“Şeir” nominasiyasında

I yer- Cavidan (31 xal)
II yer- Rəbiqə Nazimqızı (29 xal)
III yer- Elmin Həsənli (24 xal)


Adlarıçəkilən 6 nəfərə diplom və simvolla bərabər “Zəkioğlu” nəşriyyatı və AMEA H.Cavidin ev muzeyi tərəfindən təqdim olunan kitablar da hədiyyə edildi.

Münsiflərin qərarı ilə finala çıxan 10 yazar.

Mirmehdi Ağaoğlu (hekayə)
Dalğa Xatınoğlu (şeir)
İbrahim Sel (hekayə)
Cavidan (şeir)
Jalə İsmayıl (hekayə)
İltifat Köçəri (şeir)
Sevinc Çılğın (hekayə)
Rəbiqə Nazimqızı (şeir)
Ülviyyə Heydərova (hekayə)
Elmin Həsənli (şeir)