Nəsimi mükafatı
Qaydalar
Müsabiqənin simvolları
Fotoqallereya

"NƏSİMİ" 2008

------------------------------------- Müraciətlər:                         8
Qəbul olunanlar:                  6
Baxılma mərhələsində:        2
II tura keçənlər:                  0
-------------------------------------

Müsabiqənin bloqu

www.musabiqe.kultaz.com
{ NƏSİMİ-2009}

     "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və qiymətləndirilməsi məqsədilə yaradılıb. Müsabiqənin təsisçiləri Lit.az və Kultaz.com saytlarıdır. Müsabiqə hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır.
     "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsində qatıldığı nominasiya üzrə kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar iştirak. Müsabiqə nəzm və nəsrnominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Mətnlər Azərbaycan dilində, Times New Roman şrifti ilə yazılmalı və elektron versiyada musabiqe2009@gmail.com ünvanına göndərilməlidir. Bundan əlavə, hər bir müəllif, öz bioqrafiyasını, əlaqə telefonlarını və bir ədəd rəngli fotoşəklini də məktuba əlavə etməlidir. Hər bir müəllif müsabiqədə maksimum 3 (üç) şeir və ya 3 (üç) hekayə ilə iştirak edə bilər. Müsabiqəyə KİV və internetdə dərc olunmuş yazılar buraxılmır (Məs., Yazarın 3 mətnindən 2-si artıq dərc olunubsa münsiflər heyəti onun yalnız 1- dərc olunmamış mətninə qiymət verir) Müsabiqə iki turdan ibarətdir:

     Birinci tur. Hər il martın 15-də I seçim turu yekunlaşır. Mətnlərin göndərilmə tarixi isə bundan bir gün qabaq- martın 14-də başa çatır.

     İkinci tur. II tura 5 nəfər peşəkardan ibarət münsiflər heyətinin seçdiyi ən dəyərli mətnlər adlayır. Onların arasından isə I, II və III yerlərə layiq görülənlər seçilir. Qaliblərin adları hər il may ayının 28-də elan edilir. Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır. Həmçinin dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir.

Əlaqədar məlumatlar:

29/05/2008 "Nəsimi" Milli Ədəbiyyat musabiqəsinin qalibləri muəyyən olundu
21/05/2008 "Nəsimi" musabiqəsinin finalı may ayının 29-u keciriləcək
16/05/2008 "Nəsimi" musabiqəsində finalcıların adları məlum oldu
15/03/2008 "Nəsimi" ədəbiyyat musabiqəsinə əsərlərin qəbulu sona catdı
06/03/2008 "Nəsimi" Milli ədəbiyyat musabiqəsində iştirakcıların sayı artır
02/02/2008 "Nəsimi" Milli Ədəbiyyat Mukafatı təsis edilib